Skip to main content

AZƏRBAYCANIN QƏDİM MƏSİHÇİLİK İNANCI


Azərbaycan xalqının qədim zamanlarda yaşadığı məsihçi inancı üçün güşə daşı olan İncil Kitabını Hədiyyə alın və İsa Məsih ilə yaxından tanış olun. Bu tanışlıq sizin həyatınıza Tanrıdan verilən bərəkət və yeni həyat ilə nəticələcək.

Azərbaycanda Məsihçilik


Maraqlıdır ki, Azərbaycan məsihçilərin gözündə tarix boyu müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu bir məkan kimi təqdim olunub. Azərbaycan xalqının dinindən, millətindən asılı olmayaraq bütün bəşər xalqlarına sevgi və hörmətlə yanaşdığı qeyd edilib. Azərbaycanda məsihçiliyin tarixi də qısa olaraq öz əksini tapıb. Bildirilir ki, Azərbaycanın şimal hissəsi hələ eramızın I əsrinin ikinci yarısında məsihçiliyin ilk təbliğçilərinin fəaliyyət göstərdiyi məkan olub. Burada ilk məsihçi icmaları İsanın havariləri olmuş Faddey və Varfolomey tərəfindən yaradılıb. Onlardan sonra Faddeyin şagirdi Yelisey Albaniyada fəaliyyət göstərib. Daha sonra Albaniyada məsihçiliyin yaranması tarixi xatırlanır və deyilir ki, 313-cü ildə alban hökmdarı Urnayr məsihçiliyi Albaniyanın dövlət dini elan edir. Onların dediklərinə görə, hətta Albaniyanın hökmdarı Cavanşirin (616-680) özü məsihçi idi.

Ərəb istilasından sonra məsihçiliyin Azərbaycanda tədricən öz yerini islama verdiyini iddia edən məsihçilər bir çox Azərbaycan şairlərinin yaradıcılığında məsihçilik və İncillə bağlı motivlərin mühüm yer tutuduğunu iddia edirlər. Misal çəkilir ki, anası məsihçi olan şair Xaqaninin (1126-1199) Məsih tarixi ilə yaxınlığı vardır. Hətta şah İsmayıl Xətainin ana nənəsi Trabzon imperatorunun qızı Dəspinə xatunun (Marta) məsihçi olduğu bildirilib. Məsihçilər XIX əsrin əvvəlində Azərbaycanın Rusiyaya birləşdirildikdən sonra məsihçiliyin geniş yayıldığını qeyd edirlər. Çar hakimiyyəti hakim pravoslav kilsəsindən ayrılan təriqətləri Qafqaza sürgün edirdi. Bunun nəticəsində Azərbaycanda da az bir zamanda malakan, duxobor və başqa təriqətli icmalar meydana gəldi. Savadlı və ziyalılar arasında məsihçiliyə maraq artdı. Kazan və Peterburq universitetlərinin prfessoru olan Mirzə Kazım bəy (1802-1870) məsihçiliyi qəbul edib. O, şotlandiyalı missionerlərlə tanışlıqdan sonra Məsihin həqiqi xilaskar olduğuna iman gətirib. Hazırda Azərbaycanda İsa Məsihə iman edən 5 mindən artıq azərbaycanlı var.

Həvari Varfolomey İncil Kitabında adı çəkilən İsa Məsihin on iki həvarisindən biridir. Adətən imana görə çəkdiyi əzabının simvolu olan bıcaq təsvir edilir. Onun dərisini soyulub.

Qədim Bakıda Həvari Bartalmayın Kilsəsi


Ortodoks Ensiklopediyasına görə, ənənəvi olaraq müasir Bakı ərazisində mövcud olan şəhərlə eyniləşdirilir. Qız qalasında aparılan qazıntılar zamanı azərbaycanlı arxeoloqlar həvarinin ehtimal edilən ölüm yerinin üzərində tikilmiş bazilika ilə səhv salınan qədim məbədin qalıqlarını aşkar ediblər. Yerli kilsə ənənəsi Varfolomeyin ölüm yerini Qız qalasının ətəyində köhnə Bakının “İçərişəhər” ərazisi ilə eyniləşdirir. Burada, mövcud tarixi məlumatlara görə, Arta bütpərəst məbədinin bünövrəsinin qalıqları üzərində qədim xristian kilsəsi ucaldılmışdır. 19-cu əsrin əvvəllərində bu kilsənin xarabalıqları üzərində Rus Pravoslav Kilsəsinin xeyir-duası ilə Müqəddəs Varfolomey şərəfinə 1936-cı ilə qədər mövcud olmuş ibadətgah ucaldılmışdır.

İndiki Azərbaycan ərazisinə Məsihçilik, İsa Məsihin həvarilərinin dövründə gəlmişdir. İsanın 12 həvarisindən olan Bartalmay ilə Tadday (Fadey) müjdəni Parfiyalılara, Midiyalılara, Aşurlulara, Baktriyalılara və Margianlılara çatdırdı. Onlar Yerusəlimdən Hindistana və oradan geri, indiki Azərbaycan ərazisində İsa Məsih haqqında xoş xəbəri millətlərlə bölüşürdülər. Bu bizim eranın 70-ci illərində baş verirdi. Onlar xidmətlərində bölündülər, Bartalmay Albaniyada, Tadday isə indiki İran ərazisində müjdə veridi. O zaman bu ərazilərdə 25 xalq yaşayırdı. Bartalmayın əli ilə Rəbb böyük möcüzələr edirdi, insanlar iman edir, şəfa alırdı. Buda atəşpərəst kahinləri qıçıqlandırırdı.

1937-ci ilə qədər Qız qalasının yanında Bartalmayın iztirabların xatirəsinə tikilən kiçik kilsə var idi. Bu kilsə 1937-ci ildə sovet hakimiyyəti tərəfdarları tərəfindən dağıdılmışdır. 

Azərbaycanın Kəlbəcər rayonunda yerləşən Dədəvəng (Xudavəng) monastrı Qafqaz Albaniyasının qədim sivilizasiya nümunələrindən biri hesab olunur

Azərbaycanda tarixi monastırlar


Dədəvəng / Xudavəng adının etimologiyası Mxitar Qoş monastrının təməlinin qoyulması apostola aid edilir. Təbrizli Arakelin kitabında tərtib edilmiş 1583-cü il tarixli “Aqvank ölkəsinin tarixi”nin bir yerində bu monastır Faddey-Taddey apostolun adı ilə adlandırılır. Tsaretsi əsərində bu torpaqları Alban ərazisi kimi təsvir edir. Qeyd etmək lazımdır ki, qədim Tsar (Zar) kəndi Kəlbəcər rayonunda yerləşir (Dədəvəngdən təxminən 20-30 km məsafədə).

IX-XI əsrlərdə alban katolikoslarının iqamətgahı indiki Gədəbəy rayonundakı Xəmşi monastrında, pravoslav, xalkidonit gürcü torpaqlarının yaxınlığında yerləşən ərazidə idi. Sonradan Alban katolikosunun iqamətgahı Xəmşidən Dədəvəngə köçürüldü.

Dədəvəng bir pravoslav kilsəsi olaraq inşa edilmişdi və Alban kilsəsinin iyerarxiyasına daxil idi, onun yerləşdiyi ərazi isə türk tayfalarına məxsus idi və çox güman ki, onlar tərəfindən tikilmişdi. Bu səbəbdən haqlı olaraq Albanların törəmələrinə - bugünkü Azərbaycan vətəndaşları olan pravoslav udinlərin ixtiyarına verilmişdir. Və bu gün Azərbaycan dövləti tərəfindən qorunan bu məbəddə erməni zəvvarlara da ziyarət etmək imkanı verilir.

Azərbaycanda olan Məsihçilik tarixi haqqında qısa xülasə


639-cu ildən İslam Azərbaycanı işğal etdiyi dövrdə Cavanşır padşah ona qarşı durdu. Lakin 667-ci ildə xəyanətdən qorxaraq və hakimiyyətini əlində saxlamaq üçün təslim oldu, buna görə də köməkçiləri tərəfidən öldürüldü. İslam Azərbaycanı 639-cu ildən işğal etməyə başladı və böyük müqavimətlər ilə rastlaşaraq 66 il sonra 705-ci ildə tam ərazini nəzarət altına aldı. Buda böyük itkilər və ölümlər ilə müşahidə olunurdu. Cavanşir sonuncu Məsihi padşah kimi qəbul edilibdir. VIII-IX əsrlərdə Azərbaycan ərazisində müstəqil dövlətin yaradılması ilə Alban kilsəsi müstəqiliyini aldı. X-XI əsrlərə qədər nüfuzunu saxlamışdır, bunu XVIII əsrə qədər etdi. 1836-cı ildə Rus çar höküməti tərəfindən Alban kilsəsi ləvğ edildi, bütün əmlakı və tarixi sənədlər Ermənistana verildi. XIX əsrin əvvəlindən Azərbaycana Rusiyadan Protestantların köçürülməsi başladı. Bakıda birinci Pravoslav kilsəsi 1815-cı ildə tikildi. 1834-cü ildə ilk köçürülənlər Şamaxının Altı-agac kəndinə, 1838 –ci ildə Lənkarana, 1842-cı ildə Boris-Rus qəsəbəsi, 1844-cü ildə Slavyanka qəsəbəsi, 1868-ci ildə ancaq Bakı ərazisində 21 Protestant qəsəbəsi var idi və orada 13 000 adam yaşayırdı.

Bakıda birinci Katolik kilsə XIX əsrin 50-ci illərində, katolik hərbici dustaqların köçürültməsi ilə fəaliyyət başladı. 1882-ci ildə müstəqilliyini alır, 1895-ci ildə bakirə Məryama həsr olunan məbəd tikilir, 1909-1912-cı illərdə bakirə Məryamın adına yeni kilsə binası tikilir, hansı ki, Bakını gözəl binalarından biri hesab edilmişdir və Sovet vaxtında sökülür. 1999-cu ildə Bakıda Katolik icması fəaliyyətini bərpa edir. 1819-cu ildən Azərbaycanda 209 Alman ailəsi yaşayırdı. Bu səbəbdən Lüteran məbədi 1870-ci ildə fəaliyyətinə başladı. 1899-cu ildə Bakıda Kirxa məbədi tikildi. İndiki Xanlarda (Elenenford) bu tarixdən də öncə Kirxa binası tikilmişdir. 1844-cü ildə Baptist kilsəsi fəaliyyətini başladı. 1894-cü ildə Adventistlər fəaliyyətini başladılar. 1914-cü ildə Əllincilər fəaliyyətini başladılar. 1937-ci ildə Lüteran kilsəsinin xidmətçiləri başqa xidmətçilər ilə birgə həbs edilib, sürgün edilib bəziləri isə güllələndi. 1994-cü ildə Məsihin müjdəsi yenidən yayılmağa başladı və indi Azərbaycan ərazisində 10 mindən çox Məsihçi mövcutdur.

“Mən cəmiyyətimi quracağam. Ölülər diyarının qapıları ona qalib gələ bilməyəcək”  İsa Məsih

VACİB
HƏQİQƏT


İncil sifariş etməyiniz sizin ən mühüm addımınız olacaq. Bu addımı atmaq üçün "İNCİL HƏDİYYƏ" linkini basın