Skip to main content

İSA MƏSİHƏ İMAN ETMƏYİN NƏTİCƏSİ


İsa Məsih sizin həyatınıza yeni məna gətirə bilər. Əgər ürəyiniz bu yeniliyə ehtiyac duyursa, siz mütləq İsa Məsihin Kəlamını əldə etməlisiniz.  İncil Kitabinı Hədiyyə almaq istəyirsinizsə linki basın.

“Tez gedin, Onun şagirdlərinə belə söyləyin: “İsa ölülər arasından dirildi” - İncil


İncil Kitabında yazılıb: İsa Məsihin şagirdlər düşünürdü ki, bir daha Müəllimi görməyəcəklər, çünki şagirdlər öz əlləri ilə Onun çarmıxda olan cəsədini götürüb, məzara qoyduqdan sonra onu böyük bir daş ilə örtmüşdülər. Lakin İsa Məsih şagirdlərinin yanına yenidən gələndə Onlara bir çox sübütlar ilə başa saldı ki, O ölülərdən dirilibdir. O vaxtdan bu Müjdəni və ya Xoş Xəbəri İsa Məsihin şagirdləri hər yerə yaymağa başladı və bu günə qədər bu Müjdə yayılmaqda davam edir. Kim ki, İsa Məsihin ölüb dirilməsinə iman edib o insan böyük sevinc içində yaşayır, çünki Ölülərdən ilk dirilən Məsih vasitəsilə iman edən hər kəs Allahın Padşahlığına daxil olmaq ümidinə nail olur. Bu ümidi Rəbb İsa imanlılara Müqəddəs Ruhu ilə verir. 

İman etdikdən sonra hər bir insan İsa Məsihin əbədi Padşahığına daxil olmasına əmindir. Bu əminliyi hər bir azərbaycanlı məsihçı ürək dolusu ilə və böyük sevinclə sizə şəhadət edə bilər, çünki onun həyat təməlinin güşə daşı İsa Məsihdır.

İsa dirilib! O, həqiqətən dirilib!   

İncil Kitabında İsa Məsihin ölülərdən dirilməsi haqqında ətraflı tərzdə yazılıbdır. Əgər İncil Kitabı Hədiyyə kimi əldə etmək istəyiniz varsa aşağıdaki linkə basın və biz sizə kitabı çatdırarıq.

İsa Məsih haqqında İncil Kitabı nə deyir?


Əgər İncil Kitabının sözlərini oxuyuruqsa birmənalı olaraq başa düşürük ki, İsa Məsih qeyri-adi bir Şəxsdir. Onun gördüyü işlər, Onun göstərdiyi möcüzələr və Onun bəyan etdiyi sözlər oxucunu ən azı heyrətə gətirir, ən çox halda vacib bir sual haqqında düşünməyə vadar edir: "axı İsa Məsih Kimdir?". Bu sualın cavabını İncil Kitabı tam aydın şəkildə açıqlayır. Məsələn Yahyanın Müjdəsində İsa Məsih Özü haqqında bunu deyir:  «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz. Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz Onu tanıyırsınız, Onu görmüsünüz» (Yəhya 14.6,7). Bu sözləri oxuyanda biz başa düşə bilərik ki, gözlə görünməyən Yaradanın hüzuruna gəlmək üçün İsa Məsih vasitəçi olmalıdır, çünki O, Atanı insanlara tanıtmaq üçün yer üzünə gəlib. Yenə İsa Məsih deyir: "Mən və Ata birik" (Yəhya.10.30). Yaradan Ata Öz hüzuruna yalnız İsa Məsih vasitəsi ilə buraxacaq. Çünki İsa Məsih bəşəri dünyaya insanları hər cür köləlikdən qurtarmaq üçün yer üzünə bir insan şəklində gəldi.

Bu həqiqət əksər məsihçilərin qəlbinə və zehninə həkk olunub və onların əbədiyyət üçün dayaq nöqtəsidir. İsa deyirdi ki, O, yer üzündə Atanın iradəsindən başqa heç nə etməyib. O, sanki insanlara deyirdi : "Mənim həyatıma, xidmətimə, göstərdiyim bütün möcüzələrə və işlərə baxın - və siz Səmavi Atanı görəcəksiniz. Etdiyim hər şeyi sizə Atanı göstərmək məqsədi ilə edirəm!". O, şagirdlərə dedi: "qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin" (Yəh.14.1)

İsaın Məsihin dirilməsi nəyə görə vacibdir?


İsanın dirilməsi bir neçə səbəbə görə vacibdir. Birincisi, bu, Allahın ölçüyəgəlməz qüdrəti haqqında şahidlik edir.  Əgər Allah kainatı yaratmağa qadirdisə və Onun sahibidirsə, deməli O, ölülərdən dirilməyə qadirdir. Əgər Onun belə bir qüdrəti yoxdursa, O, bizim iman və ibadətimizə layiq deyildir. Yalnız həyatı yaradan O, ölülər arasından dirildə bilər, yalnız O, ölümün dəhşətini dəf edə bilər və yalnız O, ölümün nəşini və cəhənnəmin qələbəsini məhv edə bilər (1Korinf.15:54,55). İsanı ölülər arasından diriltməklə, Allah bizə həyat və ölüm üzərində mütləq olan gücünü xatırladır.

İkincisi, İsanın dirilməsi məsihçi inancının əsas təlimi olan insanların dirilməsinin mümkünlüyünün sübutudur. Digər dinlərdən fərqli olaraq, məsihçilərin ölüb-dirilən və əbədi yaşayan Banisi var və Onun davamçılarının da eyni tərzdə dirilə biləcəyini vəd edir. Bütün digər inancların əsası öz həyatlarının sonunda qəbirə düşən kişilər və peyğəmbərlər tərəfindən qoyulmuşdur. Məsihçilər olaraq biz Allahımızın insan olması, günahlarımıza görə ölməsi və üçüncü gün dirilməsi faktı ilə təsəlli tapırıq. Qəbir Onu saxlaya bilmədi. O, sağdır və bu gün göylərdə Ata Allahın sağında oturur. 

"Buna görə də Allah Onu çox ucaltdı və Ona lütflə bütün adlardan ali bir ad verdi ki, göydə, yerdə və yerin altında olanların hamısı İsanın adına ehtiram edərək diz çöksün və hər dil Ata Allahın izzəti üçün İsa Məsihin Rəbb olduğunu bəyan etsin". (İncil, Filipinlərə məktub 2.9-11)

İsa Məsihin diriməsi Ona iman edən insanlara ölümdən sonra əbədi hayatın mövcud olması haqqında xəbər yaymağa gətirib çıxartdı. Həvarılər  və onlara iman edənlər ürəkdən ölülərdən dirilmə haqqında şəhadət edirdilər. Məhs buna görə ilk dövlərdə məsihin təlimi qısa müddətdə çoxlu sayda olan ardıcılları özünə cəlb etdi. Siz də ölümdən sonra həyata malik olmaq istəyirsinizsə İsa Məsih ilə yaxından tanış olmalısız. Bunun üçün İncil Kitabı Hədiiyə kimi sifarış verin.

İsa Məsihin Dirilməsi imanlıya ümid verir


Allahdan ilham almış Kəlam deyir ki, İsa Məsih Ona iman edənləri yer üzündən götürmək üçün gəldiyi zaman imanlıların dirilməsinə və onların xilas olmasına zəmanət verir. Bu cür ümid və inam, həvari Pavelin yazdığı kimi, böyük zəfər nəğməsi ilə nəticələnəcək: «Ey ölüm, qələbən hanı? Ey ölüm, neştərin hanı?» (1 Korinf.15:55)

Bu son ayənin dirilmə mözusunun əhəmiyyəti ilə nə əlaqəsi var? Pavel cavab verir: “...ey sevimli qardaşlarım, Rəbdə çəkdiyiniz zəhmətin boşa çıxmayacağını bilərək möhkəm durun, sarsılmayın, hər zaman Rəbbin işində səylə çalışın” (58-ci ayə). O, bizi xəbərdar edir – yeni həyat üçün diriləcəyimizi bildiyimizə görə, Onun etdiyi kimi biz də Məsihin işi naminə təqib və təhlükə ilə üzləşə bilərik (29-31 ayə). Biz tarixdə dirilmə yolu ilə əbədi həyat üçün yer üzündəki həyatlarından sevinclə imtina edən minlərlə şahidin nümunəsini izləyə bilərik.

İsa Məsihin gəldiyi Son Gün hər bir imanlı üçün zəfər və şərəfli bir qələbə günü olacaq. İsa Məsih çarmıxda öldü, dəfn edildi və Müqəddəs Yazılara görə üçüncü gün dirildi. Və yenə gələcək! İsa Məsihdə ölənlər diriləcək və Onun gəlişində diri olanlar bir göz qırpımında dəyişəcək və yeni, əzəmətli bədənlər alacaqlar (1Salonik.4:13-18). Niyə İsa Məsihin dirilməsi xilas üçün vacibdir? Bu onu göstərir ki, Allah İsanın bizim üçün gətirdiyi qurbanı qəbul etdib. Bu sübut edir ki, Allah bizi ölülərdən diriltməyə vəd verib. Bu, Məsihə iman edənlərin ölü qalmayacağına, əbədi həyat yaşaması üçün diriləcəyinə zəmanət verir. Bu bizim hər birimizə ümidlə yaşamağa qüvvət verir!

“Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar.. Buna inanırsanmı?” – İsa Məsih

VACİB
HƏQİQƏT


İncil sifariş etməyiniz sizin ən mühüm addımınız olacaq. Bu addımı atmaq üçün "İNCİL HƏDİYYƏ" linkini basın