Skip to main content

MƏSİHÇİLƏRƏ VERİLƏN XİDMƏT NÜMUNƏSİ


Məsihçilik və onun dəyərləri ilə tanış olmaq o deməkdir ki, siz Azərbaycan xalqının qədim inancı ilə maraqlanırsız. Bu inanc mənbəyi olan İncil Kitabı Hədiyyə kimi sizə çatırıla bilər. Bunun üçün aşağıda linki basın. 

İsa Məsihin Xidmət Nümunəsi:
Hamıdan Üstün Olmaq İstəyən Digərlərinə Xidmət Etsin


İsa Məsih ən yaxın şagirdlərinə belə sadə görünən bir şeyi izah etməyə məcbur olurdu. Yəqin ki, bu arzu hər bir günahlı insanın çox dərinliyində yerləşir - başqaları üzərində hakimiyyət qazanmaq, ilk növbədə özümüz üçün başqalarından daha mühüm yer tutmaq istəkləri hər birimizə tanışdır. Amma İsa Məsihə iman edənlər üçün qüdrət - ilk növbədə ətrafda olan yaxınlara məhəbbət ilə rəftar etmək, onlara xidmət etmək və onların qayğısına qalmaqdır. Başqalarından üstün olmaq istəyən insanları İsa Məsih diğərlərinə xidmət etməyə çağırır. Bu böyük olmaq üsuludur. Kiməsə xidmət etmək bizim üçün təbii deyil. Biz həmişə gözləyirik ki, kimsə bizə xidmət göstərsin və çox zaman bunu tələb edirik. İsa Məsih isə öz şagirdlərinə xidmət etməklə onlara dəfələrlə nümunə göstərdi. 

"İsa şagirdləri yanına çağırıb dedi: «Bilirsiniz ki, millətlərin rəhbərləri onların üzərində hökmranlıq, əyanları da onlara ağalıq edir. Sizin aranızda isə qoy belə olmasın. Sizlərdən böyük olmaq istəyən xidmətçiniz olsun. Aranızda kim birinci olmaq istəsə, başqalarının qulu olsun. Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin»"

İsa Məsih şagirdlərin ayağın yuyur - İncil, Yəhya 13 fəsil

Məbəd (Kilsə) deyəndə nə nəzərdə tutulur?


Bu gün bir çox insanlar məbədə (kilsə) yalnız bir bina kimi baxırlar. Lakin bu məbəd (kilsə) anlayışı Müqəddəs Yazı anlayışına uyğun gəlmir. "Kilsə" sözü yunanca "iclas" və ya "toplanış" kimi təyin olunan "ekklesia" sözündəndir. Məbədin (kilsə) əsas gücü və mənası daşdan düzəldilmiş bina deyil, insanlardır. Təəssüf ki, insanlardan hansı məbədə (kilsə) ibadətə getdiklərini soruşduqda onlar adətən məzhəblərdən və ya binalardan danışırlar. Amma gəlin İncildə yazılan , xüsusilə Romalılar məktubunun 16:3,5 ayələrini oxuyaq: "Məsih İsada həmkarlarım olan Priskila və Akilaya salam söyləyin... Onların evində toplanan cəmiyyətə də salam söyləyin”. Pavel onların evində yığılan imanlıları cəmiiyət yəni məbəd (kilsə) adlandırır - çünki məbəd (kilsə) tikilən daş bina deyil, möminlər icmasıdır.

İncil deyir ki, məbəd - Məsihin Bədənidir. Efeslilərə məktubda deyilir: “Hər şeyi Ona tabe edərək ayaqlarının altına qoydu və Onu hər şey üzərində baş olsun deyə imanlılar cəmiyyətinə verdi. Bu cəmiyyət Onun bədənidir və hər şeyi hərtərəfli Bütövləşdirənin bütövlüyüdür”. Məsihin bədəni Pentikost günündən axır zamanın möcüzəvi vəcdinə qədər möminlərdən yəni imanlı insanlardan ibarətdir. 

Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz.”
İsa Məsih

VACİB
HƏQİQƏT


İncil sifariş etməyiniz sizin ən mühüm addımınız olacaq. Bu addımı atmaq üçün "İNCİL HƏDİYYƏ" linkini basın