AZƏRBAYCAN VƏTƏNDAŞI MƏSİHCİ OLA BİLƏR?
Hər bir Azərbaycanlı vətəndaşı dovlət qanunlarına görə vicdan azadlığına malikdir və iman yolunun seçməsində azaddır. İsa Məsih ilə yaxından tanış olmaq istəyən hər kəsə pulsuz İncil Kitabını Hədiyyə vermək istəyirik. Bunun üçün linki basın.
Azərbaycanda vicdan azadlığı - dövlətin bu sahəyə diqqət və qayğısı
Vicdan azadlığı - vətəndaşların istədikləri dinə sitayiş etmək və ya heç bir dini qəbul etməmək və dinlər haqqında sərbəst şəkildə fikirlərini ifadə etmək hüququdur.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün istiqamətlərdə olduğu kimi dini sahədə də müsbət irəliləyişlərə nail olunub. Sovet dönəmində qapıları qapadılan və yaxud da müxtəlif məqsədlərlə istifadə edilən məscid və ziyarətgahlar məhz müstəqillikdən sonra inanclı insanların ixtiyarına verilib. Vaxtilə dini ayinlərin icrasının qadağan olunduğu günlər artıq keçmişdə qalıb.
Bu gün isə ölkəmizdə mövcud olan məscid, kilsə, sinaqoq və digər ibadət yerlərinə dövlət tərəfindən xüsusi diqqət ayrılır. Həmçinin ehtiyac olduğu təqdirdə ibadətgahlar təmir edilir və yaxud da yeni ibadət yerləri inşa edilir.
Azərbaycan Respublikasının Konstitusiyasının 48-ci maddəsində deyildiyi kimi, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

Azərbaycanda müxtəlif qeyri-islami dini icmalar fəaliyyət göstərirlər ki, onlar da "Dini etiqad və vicdan azadlığı" haqqında qanunun tələblərinə uyğun olaraq Dini qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçiblər. Lakin qeydiyyatı olmayan icmaların da fəaliyyəti nəzərə çarpır.
Əlbətdə ki, Azərbaycan Vətəndaşı Məsihci Ola Bilər!
Şəxsi şəhadət:
"Adətən insanlar “qohumlar nə deyər?” və yaxud “qonşular nə cür baxar?” fikirləri ilə öz daxilindən gələn istək və qərarları kənara qoyurlar. Mən də belə mövqedə idim, amma ölüm ilə rastlaşanda daxilimdə mənə rahatlıq verməyən bir sual baş qaldırdı “insan öləndən sonra nə olur?”. Müxtəlif kitabları oxuduqdan sonra və videolarla baxandan sonra heç bir qənaətbəxş edən cavab tapmadıqda ənənəvi dinlə maraqlanmağa başladım, lakin çoxlu sayda “bir Allah bilir öləndən sonra nə olur!” cavabını eşidəndə başa düşdüm ki, bu sualın cavabını tapmaq mənə nəsib olmayacaq. Elə uşaqlıdan babam bir atalar sözünü tez-tez deyirdi: “hər şeyin çarəsi var – bir ölümdən başqa” xatirələri də məni artıq əmin etdi ki, cavab axtarmaq əbəs yerə vaxt itirməyə bərabərdir. Bir müddət bu fikirdən əl çəkmək istədim, amma cəhdlərim boşa çıxdı. Birinci Qarabağ müharibəsində iştirak edərkən səngərdə dostlarım və silah yoldaşlarımın gözlərinə baxanda böyük bir intizarın oların varlığına təsir etdiyini hiss edirdim, çünki hamı ölümün sanki ğözünə baxırdı. Döyüşdə yaralandıqdan sonra uzun müddət mualicə aldım. Bir neçə müddətdən sonra yaxın bir tanışım vasitəsilə İncil Kitabını əldə etdim. Sərbəst vaxtlarımda bu kitabı oxumaqla keçirirdim. Həvari Yəhyanın nəql etdiyi müjdəni oxuyanda orada İsa Məsihin dediyi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?» - sözlərini oxuyarkən, nəhayət ki, məni narahat edən suala cavab tapdım. Ölümdən sonra həyat mövcuddur, yəni “hər şeyin, hətta ölümə belə çarə var” – bu İsa Məsidir. Mən Onun ölüm üzərində hakimiyyət Sahibi olduğuna iman etdim və əbədi həyata qovuşmağa nail oldum. Əlbəttə qohum və qonşularım bundan xəbər tutanda heç də birmənalı münasibət göstərmədilər, lakin bu məni artıq narahat etmirdi. Vacib olan Rəbbin mənə olan münasibəti idi və mən bu günə qədər bu mövqedəyəm". İncil Kitabında belə deyilir: "əgər sən İsanın Rəbb olduğunu dilinlə iqrar edib Allahın Onu ölülər arasından diriltdiyinə ürəkdən inansan, xilas olacaqsan. Çünki insan ürəkdən iman etməklə saleh sayılır və dili ilə iqrar etməklə xilas olur". Amin!
“Ey bütün yorğunlar və yükləri ağır olanlar, Mənim yanıma gəlin, Mən sizə rahatlıq verərəm.” İsa Məsih
VACİB
HƏQİQƏT
İncil sifariş etməyiniz sizin ən mühüm addımınız olacaq. Bu addımı atmaq üçün "İNCİL HƏDİYYƏ" linkini basın